Müğənni Nura Suri “Yalı çapkını” serialı barədə yazdığı fikirlərdən sonra ona tənqidi sözlər yazanlarla bağlı paylaşım edib.
OLAY yazır ki, bu barədə sənətçi feysbukda status yazıb.
“Feysbuk ən sevdiyim şəbəkədir… Məni izləyənlərə statuslarım, paylaşdığım filmlər və s. yaxşı məlumdur. İki gündür bir serial haqqında fikrimi yazmışam, bəziləri əl-ayağa düşüblər ki, özün 8 dəfə ərdə olmusan, niyə serial haqqında belə yazmısan?... Sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı, hər mövzuda statuslar yazmazdım. İkincisi isə mənim yazdıqlarım mənasız olsaydı, saytlar paylaşmazdı və siz özünüzü şərhlərdə həlak etməzdiniz.
Yəqin, bir ailənin içində gəlinin qayınata və qayınla, evdə işləyən qulluqçunun oğlu yaşında ev yiyəsinin nəvəsi ilə, atanın öz qız övladlarını pul qarşılığı satması və s. sizin üçün normaldır. Mən türk millətini belə tanımamışam. Bir rejissorun belə bir mövzuda serial çəkməsi, öz millətini belə təbliğ etməsini də başa düşmürəm, düşmək istəmirəm”, deyə, müğənni vurğulayıb.
Qeyd edək ki, Nura “Yalı çapkını” barədə “Belə qeyrətsizlik görməmişəm”, - deyə, bildirmişdi.