TV ulduzu Peris Hilton əri Karter Reumla görüşməzdən öncə özünün aseksual olduğuna inandığını bildirib.
OLAY yazır ki, Hilton bir çox münasibətlərinin bu problemə görə bitdiyini də etiraf edib.
“Seks simvolu kimi tanınırdım, amma cinsi əlaqədə olan hər şey məni dəhşətə gətirirdi. Mən sadəcə öpüşməyi sevirdim. Bir çox münasibətlərim buna görə nəticə vermədi”, - deyə, Peris şikayətlənib.
Bununla belə, o, 2019-cu ildə Reumla tanışlığından sonra fikrinin dəyişdiyini açıqlayıb.