Nyu-York moda həftəsi maraqlı məqamları ilə yadda qalıb.
OLAY yazır ki, xüsusilə də “Luis de Javier” brendinin dəfiləsi gündəm olub. Belə ki, bir-birindən qeyri-adi geyimlər müzakirə yaradıb.
Məsələn, Culiya Foks sinə hissəsində buynuz detalı olan libası tanıdıb. Bundan başqa mismarlı paltarlar, olduqca açıq olan geyimlər də dəb şousunu yadda qalan edib.