Fotosessiya
Fotosessiya

Meqan yenidən hamilədir?

Meqan yenidən hamilədir?

Şahzadə Harrinin xanımı Meqan Marklın yenidən hamilə olduğu iddia edilib.

OLAY yazır ki, cütlüyün üçüncü övladı olacağı barədə xəbər xarici mediada paylaşılıb.

Harriylə Meqanın bunu sabah Sevgililər Günündə dünyaya elan edəcəyi düşünülür.

Qeyd edək ki, 14 fevral cütlük üçün xüsusi bir tarixdir. Harrinin anası, mərhum şahzadə Diana hamilə olduğunu bu tarixdə açıqlayıb. M. Markl da 2021-ci ildə qızı Lilibetə hamilə olanda bu ənənəni davam etdirib.