Fotosessiya
Fotosessiya

Türk müğənni zəlzələdə 10 doğmasını itirdi

Türk müğənni zəlzələdə 10 doğmasını itirdi

Niderlandda yaşayan türk müğənni Karsu Dönmez ümumilikdə 10 yaxınını zəlzələdə itirdiyini söyləyib.

OLAY yazır ki, bu barədə sənətçi Mesut Yarın verilişinə danışıb.

“Aliye bibimni, uşaqlarını nəvələrini, onun qızı Tuna bacımı, həyat yoldaşını və oğlunu, bibimin digər qızı Aytül bacımı, onun həyat yoldaşını və 3 qızını, bir də Meral xalamı itirdik. 89 yaşındakı nənəm və əmim isə xilas edildilər. Danışmağıma ehtiyac yoxdur, bunları bütün Türkiyə yaşayır. Kənddən bibim zəng etdi, dedi ən çox pul və tualetə ehtiyac var. “Nə olar bizi unutma”,  dedi. Unudulmayacaq. Bu, mənim tapşırığımdır”, - deyə, Karsu bildirib.