Fotosessiya
Fotosessiya

Messidən Türkiyəyə 70 milyonluq yardım

Messidən Türkiyəyə 70 milyonluq yardım

Argentina yığmasının futbolçusu Lionel Messi də Türkiyədə baş verən fəlakətlə bağlı paylaşım edib.

OLAY yazır ki, o, 429 milyonluq instaqramında post paylaşaraq, kədərləndiyini dilə gətirib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən zərərçəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onların yanındadır. Sizin köməyiniz çox dəyərlidir”, - deyə, Messi bildirib.

Həmçinin, türk mediasında yer alan xəbərdə futbolçunun fəlakətdən əziyyət çəkənlər üçün 70 milyon lirə (təxmini 6 milyon 300 min manat) ianə bağışladığı qeyd edilib.