Türk aktyor Çağdaş Çankaya və musiqiçi xanımı Zilan Tiqris də zəlzələdə can verib.
OLAY yazır ki, onlar “Yenişehir” səmtindəki 9 mərtəbəli binanın dağıntıları altında həlak olublar.
Hələ də səs gəldiyi üçün son ana qədər ümidlə sağ çıxacaqları gözlənilən cütlüyün cansız bədənləri bu gün tapılıb.