Fotosessiya
Fotosessiya

Azər vergi borcuna görə ölkəni tərk edib? - Açıqlama

Azər vergi borcuna görə ölkəni tərk edib? - Açıqlama

Sosial şəbəkələrdə aparıcı Azər Zahidin vergiyə yaranan borcuna görə ölkəni tərk etməsiylə bağlı xəbər paylaşılıb.

Onun TikTok-da təqdim etdiyi “Təkərdə” şousundan 130 min dollar (təxmini 221 min manat) gəlir əldə etdiyi də qeyd edilib.

Mövzu ilə bağlı OLAY-a danışan A. Zahid haqqında yazılan xəbərlərin əsassız olduğunu bildirib:

“Hansı ölkəni tərk etmişəm? Mən Bakıdayam, dünən də canlı yayım etmişəm. Mənasız başlıqlar qoyurlar. Siz sosial şəbəkə gedən başlıqlara inanırsınız? Mən dünən bununla bağlı canlı yayım açdım və insanlara söylədim ki, ayıb olsun. Bir video paylaşmışam ki, Adana, Malatyaya gedəcəyik, oradan canlı bağlantılar edəcəyik. Onlar da özlərinə xas başlıq yazıb, paylaşımlar edirlər”.