Türk aktrisa Merve Boluğur zəlzələ bölgəsinə yollanıb.
OLAY yazır ki, sənətçi dostu Haydar Mursaloğlunun dağıntılar altında qaldığı Antakyaya yola düşüb. O, həmin ərazidən video paylaşaraq insanlara səslənib:
“Akevler məhəlləsinə təcili yardım lazımdır. Qida, geyimdən də əlavə texniki işlər üçün kömək və vəsait gərəklidir. İşçilərin sayı tezliklə çoxalmalıdır. Bura çox təhlükəlidir. Binalar zaman-zaman uçur. Ona görə təcili şəkildə insanların çıxarılması vacibdir. Xahiş edirəm kömək xaricində bura gəlməyin. Həm də tıxac yaranır”.