Aparıcı Aytən Səfərovanın başına iş gəlib.
OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb. Aytən deyib ki, 27 illik iş təcrübəsi olsa da, Medianın İnkişafı Agentliyində bu 6 il hesablanıb:
“Medianın İnkişaf Agentliyinin internet saytına rəsmi qeydiyyatdan keçmək üçün daxil oldum. Müxtəlif xanaları doldurdum, iş təcrübəsinə gələndə… Orada təcrübə hesablanır. Təsəvvür edin ki,1996-cı ildən televiziya-radio sahəsində çalışan, fəaliyyəti əmək kitabçasında təsdiqlənən jurnalistəm. Görürəm ki, mənim hesablanmış stajım 6 il bir aydır. Bunu kim, necə hesablayıb? Apreldə 27 ilim tamam olacaq.
Bu illərdən maksimum 5-i VÖEN-ə getsin. Çünki bir çox həmkarım da təsdiqlədi ki, bizi məcburən VÖEN-ə keçirtmişdilər. Sonra yenidən qaytardılar. Mənim təcrübəm necə hesablanıb? Sənədim, sübutum əmək ktiabçamdır. Ondan əlavə sübutum isə 27 il ərzində insanların gözü qarşısında olmuşam. Bu necə olacaq? Əksər media nümayəndəsi narazıdır ki, iş təcrübəsi niyə az hesablanıb? Öz adıma deyirəm. Bu qədər problemlə inanmıram təqaüd yaşına çatacağıq. Pensiya kapitalı da hesablansın. Amma insaf da dinin yarısıdır. Bunu necə edək? Kim açıqlama verəcək? Hesablamaların başında kim oturub? Bəlkə 3-cü qrupdan humanitar fənnlər biləni gətirib riyazı hesablamaların başına qoyublar. Ümidvaram ki, bu məsələyə aydınlıq gətiriləcək. Mənim kimi nə qədər həmkarım da eyni halla rastlaşıblar”.