Türkiyədəki zəlzələ bölgəsindən yayılan videolar sosial şəbəkələrdə gündəm olur.
OLAY yazır ki, ötən gün 99 saat sonra xilas edilən 15 yaşlı qızın istəyi isə xüsusi diqqət çəkib. Yeniyetmə onu dağıntılar altından çıxarmağa çalışan xilasedicilərdən müğənni Zeynep Bastıkın “Gül beyaz gül” mahnısının səsləndirilməsini istəyib.
Qeyd edək ki, sözügedən mahnı müğənni Ümit Sayınındır, Zeynep onu iki il əvvəl yenidən ifa edib.