Fotosessiya
Fotosessiya

“Hər yay qarpız qabığı, butulka yığıram”

“Hər yay qarpız qabığı, butulka yığıram”

“İnsan öz vətəninə dəyər verməlidir. Amma bu gün hamı qatı millətçi olub. Bu da müharibəyə gətirib çıxarır. Bütün xalqlar bir-birinə nifrət etməyə başlayıb. Hamı özü haqqında yalançı tarix yazır. Bu dünyanın dağılmasına gətirib çıxaracaq. Ona görə bizə sevgi lazımdır”.

OLAY-ın məlumatına görə, bu sözləri TikTok-da canlı yayım zamanı Xalq artisti Naibə Allahverdiyeva deyib. O bildirib ki, hər bir insanın qəlbində sevgi olmalıdır:

“Bu bəşəriyyətin övladlarıyıq, bizi Allah yaradıb. Hamımız birik, fərqi yoxdur. Ona görə biz bir-birimizi sevək, dünyanı yox , insanlığı sevək. Əslində dünyanı da sevmək lazımdır. Çünki onda sən dünyanı qoruyursan, meşəsində kabab çəkirsən. Mən hər yay Nabrana gedirəm, qarpızı yeyib atırlar ora, qarpız qabığı, butulka yığışdırıram. Bəzi adamlar da mənə aşağılayıcı şəkildə baxır. Mən çox zəngin bir ailənin qızı olmuşam. Allah bibimə rəhmət etsin, mənə gözəl tərbiyə verib. İnsan insan olmalıdır. Təbiəti, heyvanları sevməlidir, mən qarpızı yeyib, dənizin kənarına atıramsa, ən mənəviyyatsız adamam. Ya da maşında gedə-gedə kolanı içib butulkasını pəncərədən atıramsa, ən mənəviyyatsız adamam. Zənginlik insanın daxilində olmalıdır. O insan kasıbdır ki, meşşan xislətlidir. Qızıllarını barmağına taxır, ən bahalı paltarnı geyinib villasını göstərir. Şəxsən evimi öz rahatlığıma görə düzəltmişəm. Bu divan mənə xoşdur, ya da digəri. Kiməsə göstərmək üçün yox. Hansısa maşını sürürəmsə, bu, mənə xoş olduğu üçündür. Kiməsə göstərmək üçün niyə etməliyəm? Ağıllı-zəkalı, ədəbli insanlar belə edir. Yekəxana insanlar isə ədəbsiz insandır”.