İnfluenser Həmayıl Cəfərlinin (Hllyblog) başına iş gəlib.
OLAY yazır ki, bu barədə o, instaqramda status paylaşıb. Həmayıl tam açıqlamasa da, övladı ilə bağlı bir çətinlik yaşadığını dilə gətirib:
“Sonuncu dəfə nə vaxt belə ağlayıb, acı çəkmişəm xatırlamıram. Çünki hər acı gəlib gedərdi, deyib sağalmışam. Dünən keçirdiyim o ağrını nifrət etdiyim insana belə arzulamadım. Allah Atillamı bizə bağışladı. Şükür Allaha indi yaxşıdır, xəstəxanadan çıxdıq. Telefonum dünəndən bu günə kimi 1 saniyə belə susmayıb. Maraqlanan, dua edən, Atillaya öz övladı kimi narahat olan hər kəsə deyirəm ki, Allah sizdən razı olsun. Zəng, mesaj heç nǝyǝ cavab verə bilmirəm, üzrlü hesab edin”.