Aktrisa Melisa Aslı Pamukun da ailəsi Kahramanmaraşda meydana gələn 7,4 ballıq zələlədə zərər görüb.
OLAY yazır ki, sənətçi nənəsinin və xalasının binada qaldığını bildirərək yardım istəyib. Nənəsinin yeriyə bilmədiyini bildirən aktrisa söyləyib ki, binanın hansı vəziyyətdən olmasından xəbərsizdir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdə həlak olanların sayı 284-ə, yaralıların sayı isə 2323-ə çatıb. Bununla yanaşı, 1710 bina uçub. Ölü sayının artacağı gözlənilir.