Uels Şahzadəsi Diananın libasından sonra şəxsi məktubları da satışa çıxarılacaq.
OLAY yazır ki, onun 1995-1996-cı illərdə Susie və Tarek Kassem cütlüyünə göndərdiyi və daha çox boşanmasından bəhs etdiyi məktublar da satılanlar sırasında olacaq.
Məlumata görə, əlyazmalar və kart kolleksiyası 16 fevralda “Lay's Auctioneers” adlı auksiyon evi tərəfindən təqdim olunacaq.
Bildirilib ki, o, Kraliçanın boşanma tövsiyəsindən sonra məktublardan birində “Məni kəpənək adlandırırlar, amma bu gözəl ailədən uçmaq istəmirəm” sözlərini qeyd edib. Bundan əlavə Şahzadə “Çətin vaxtlardan keçirəm. Hər tərəfdən təzyiq var. Bəzən başımı dik tutmaq çox çətin olur”, - deyə, bildirib.
Əldə olunan gəlirin isə Diananın dəstəklədiyi vəqflərə bağışlanacağı söylənilib. Ümumilikdə hərracdan 90 min sterlinq (186 min manat) gəlir gözlənilir.