Fotosessiya
Fotosessiya

Azərə atılan jetonlar boşa gedib?

Azərə atılan jetonlar boşa gedib?

Son zamanlar TikTok-da açdığı “Təkərdə” şousuna görə tənqidlərə məruz qalan, ötən gün isə səhifəsinin bağlandığı iddia olunan Azər Zahid açıqlama verib.

OLAY-a özəl danışan Azər deyib ki, səhifəsi bağlanmayıb, özü təhlükəsizlik məqsədilə deaktiv edib:

“Səhifəni özüm deaktiv etmişəm, hələ Tiktok sıralamasında qalır. Qorumaq məqsədilə özümüz bağlayıb-açırıq. Hesabı təmizləyirik ki, kənar müdaxilə olmasın. Başı çıxmayanlar yazır ki, guya bağlanıb. Amma belə deyil. Həmin səhifədə birazdan canlı yayım açacam”.

Azər həm də səhifəsini bağlatdırdığı iddia edilən, qalmaqal yaşadığı tiktoker Səfər Eyvazovdan da danışıb:

“Hər gün hədə-qorxu gəlir, şikayət atır. Deyir ki, rapor göndərəcəm, belə edəcəm. Şantaj xarakterli sözlər, mesjalar yazır. Bəllidir ki, nəyə görə. Paxılıq edir. Biz də bir dəfə bezdik, dedik, bəsdir, onun cavabını vermək lazımdır. İzləyicilərimizə söylədik ki, gedin, şərhlər yazın. Kiminsə əsəbi ilə oynamaq olmaz”.

Aparıcı həmçinin sosial şəbəkələrdə deyildiyi kimi canlı yayıma atılan jetonların boşa getmədiyini söyləyib:

“Biz alqoritimlə işləyirik, səsvermə mənim sistemimə qoşulur. Biz canlı yayımı bağladıq. Sonra ikinci səhifəyə keçdik. Onda birinci səhifədə yığılan jetonlar onun üzərinə gəldi. Çox insan anlamır, həm də kimsə nəsə deyir, izləyiciləri çaşdırırlar. İstifadəçi olanlar isə həqiqəti bilirlər. Hesablanan xal alqoritmə köçür. Məsələn, sıralamada 800 xal varsa, bildiririk ki, 1 milyondur. Çünki əvvəlki səhifədəki xallar da hesablanır. Yarışda iştirakçıların, sponsorların nümayəndələri var. Görürsüz ki, heç nə demirlər. Bizim şouda hər şey şəffafdır”.