Aktrisa Ülviyyə Xəlilbəyli şəxsi həyatı barədə yenidən açıqlama verib.
OLAY yazır ki, o, bu barədə instaqramda izləyiciləri ilə sual-cavab edərdən danışıb. Ülviyyə deyib ki, hazırda həyatının qış fəslini yaşayır: “Fırtınalı qışı yaşayıram. Uzun zamandır baharı gözləyirəm. “Gömrük”dən keçə bilmir”.
Bundan əlavə, Ülviyyə daha sonra kiçik oğlunun qüsurlu olub-olmaması barədə verilən sualı belə cavablandırıb: “Qüsuru yoxdur. Sadəcə olaraq tez nəzərə gəlir”.
Həmçinin, Xəlilbəyli onu yekəxanalıqda ittiham edən izləyicisinə bu cür reaksiya verib: “Mütləq sizə müalicə lazımdır. Özünüzü qoruyun”.
O, “Maşını özüm almışam, evim isə hələ yoxdur. Zamanla o da olacaq”, -deyərək avtomobilini ona həyat yoldaşı Murad İsmayılın almadığını qeyd edib.