Bu il “Avroviziya”da bizi “Mamagama” qrupunun təmsil edəcəyi haqda iddiaya müğənni Eldar Qasımov münasibət bildirib.
Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olan sənətçi bu haqda OLAY-a açıqlamasında deyib.
Qasımov seçimlərin hələ də davam etdiyini vurğulayıb:
“Hələ ki təmsilçilər arasında seçimlər davam edir. 5 nəfər arasında güclü rəqabət gedir. Mən “Mamagama” qrupu haqda hazırda heç nə deyə bilmərəm, sadəcə nəticələri gözləməlisiniz. Adlarını açıqlamayacam, ancaq bütün iştirakçılarımız çox gözəl ifaçılardır və səviyyəli mahnılarla seçimlərimizə gəliblər. Mən dəqiq deyə bilmərəm ki, nəticələr nə vaxt açıqlanacaq. Çünki onlar yazılıb beynəlxalq münsiflərə təqdim ediləcək, sonra İTV tərəfindən bütün mediaya açıqlanacaq”.