Xalq artisti Röya Ayxan yenidən böyük konsertə imza atacaq.
OLAY yazır ki, estrada ulduzu bu barədə dünən Bakı Konqres Mərkəzindəki solo çıxışının sonuncu günündə açıqlama verib.
Məşhur müğənni 1,2 və 3 sentyabr tarixində eyni məkanda yenidən səs-küy yaradacaq konsert edəcəyini bildirib.
Röya Ayxan hətta afişa üzərində çalışıldığını da qeyd edib.
Qeyd edək ki, dünən Xalq artistinin üç ildir təxirə düşən konsertinin sonuncu günü baş tutub. KEvenets Group” və “Peachline”nın təşkilatçılığı ilə keçən gecə də digər üç gün kimi səs-küyə səbəb olub.
Yenə giriş ifaçının intro videosu ilə start götürüb və Xalq artisti 8 metr hündürlükdən enərək performans göstərib. O, “Nero” rəqs qrupunun müşayiəti ilə 3 saat ərzində lirik və hərəkətli hitlərini səsləndirib.
Gecə rəngi görüntülərlə yadda qalıb.
Bundan əlavə, pop ulduzun üçgünlük çıxışı sosial şəbəkələrin də gündəmini zəbt edib. Konsertdən görüntülər TikTok-da trendə düşüb, məlumatlar mütəmadi olaraq KİV-də işıqlandırılıb. Tamaşaçıları isə R. Ayxandan razı qalıb.
Fotolar: Teymur Məmmədov