Fotosessiya
Fotosessiya

Sultan qızı əmisi oğlu ilə evləndi

Sultan qızı əmisi oğlu ilə evləndi

Bruney sultanının qızı şahzadə Azema əmisi oğlu, dövlət başçısının qardaşının oğlu, şahzadə Bahar ibn Jefri Bolkiahla evlənib.

OLAY yazır ki, bu barədə “The New York Post” məlumat yayıb.

Toy mərasimi yanvarın 8-də bəyin atası Cefri Bolkiahın Borneo adasındakı sarayında baş tutub. Şənlikləri bir neçə gün çəkib.

Bruney sultanı, 76 yaşlı Hassanal Bolkiah Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra hakimiyyəti müddətinə görə dünyada birinci yerdədir. O, 5 oktyabr 1967-ci ildə sultan elan edilib.