Televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid “TikTok” platformasında rekorda imza atıb.
OLAY yazır ki, sosial şəbəkədə “Təkərdə” realiti-şousunu hazırlayan Azərin verilişində TikTok-un qalmaqallı yayımçıları iştirak edir.
Rekorda səbəb isə canlı yayımı eyni anda 50 minə yaxın insanın izləməsi olub. Sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edilib.
Jurnalist Hacıbəy Heydərli bildirib ki, 2 günə isə şouya 2,2 milyon jeton - təqribi 10 min dollar dəyərində hədiyyə atılıb.
Qeyd edək ki, “Təkərdə” layihəsi “Maşın” şounun TikTok versiyasıdır.