Ötən gün Rusiyanın Moskva şəhərində ilin ən dəbdəbəli gecələrindən biri baş tutub.
OLAY yazır ki, “Tatler” jurnalı tərəfindən 10-cu dəfə təşkil olunan gecə ən məşhur klassik binalardan birində - Paşkov evində keçirilib.
Tədbirdə elit təbəqənin nümayəndələri öz varislərini nümayiş etdiriblər.
Gecədə Ukraynanın iyirmi ən varlı şəxslərindən biri - milyonçu Vaqif Əliyevin nəvəsi və rejissor Natella Krapivinanın qızı Sofiya Krapivina da olub.
London Moda Kollecinin tələbəsi olan Sofiyanın tərzi gecədə xüsusilə diqqət çəkib.