Fotosessiya
Fotosessiya

Aygünün yoxluğu narazılığa səbəb oldu

Aygünün yoxluğu narazılığa səbəb oldu

Xalq artisti Aygün Kazımovanın Yeni il gecəsi üçün planlaşdırılan çıxışı baş tutmayıb.

OLAY yazır ki, Elektra Events Hallda səhnə almalı olan sənətçinin gecədə iştirak etməməsi tamaşaçılar tərəfindən qəzəblə qarşılanıb.

İzləyicilər sözügedən konsertin afişasının paylaşıldığı postun şərh bölməsində etirazlarını bildiriblər.

Onlar posterdə Aygün Kazımovanın da adı olduğu təqdirdə niyə konsertdə çıxış etmədiyini soruşaraq, biletin pullarını geri istəyiblər.

Müğənninin hansı səbəbdən səhnə almadığı isə məlum deyil.

Qeyd edək ki, tədbirin bileti 50-350 AZN arası olub.