Fotosessiya
Fotosessiya

Ayazın konsertindən sonra 3 milyon toplandı

Ayazın konsertindən sonra 3 milyon toplandı

Müğənni Ayaz Babayevin ötən günlərdə “Dəniz Mall”da baş tutan konsertindən sonra SMA xəstəliyindən əziyyət çəkən Rəsmiyyəyə lazım olan məbləğ toplanılıb.

OLAY-ın məlumatına görə, Ayazın əldə etdiyi qonorarı Rəsmiyyəyə bağışlayacağı konsertinin ardınca bir iş adamı 4 milyon manata yaxın pul göndərib. Beləliklə balaca qızın müalicəsi üçün lazım olan məbləğ tamamlanıb. 

A. Babayev tədbirdən əvvəl 50 şirkətə müraciət edib, onlardan rədd cavabı alıb. Sözügedən konsertdə fotoqraf Tariyel Hüseynovun hovuza yıxılması həm tədbirin mediada çox işıqlandırılmasına, həm də Rəsmiyyənin probleminin daha da gündəmə gəlməsinə səbəb olub. Bu hadisənin ardınca naməlum bir iş insanı 3 milyon 740 min dəyərində pulu xəstəlikdən əziyyət çəkən uşağa bağışlayıb.