Sosial şəbəkədə hər kəs Cyan adlı körpəsini dünyaya gətirən, doğuşdan sonra reabilitasiyanın tam başa çatmasını gözləməmək qərarına gələn və dərhal podiuma çıxan supermodel Adriana Limanın görünüşünü müzakirə edilir.
OLAY yazır ki, model həmişə kəsilmiş yanaq sümükləri və nazik bədən quruluşu ilə məşhur olub, lakin son şousunda “Plus Size” modeli kimi görünüb.
Möhtəşəm formalarına baxmayaraq, ulduz yüksək inamını itirməyib və kraliça kimi podiuma çıxıb.