Fotosessiya
Fotosessiya

“Buraxın atamı, nə olar?!”

“Buraxın atamı, nə olar?!”

Həbs edilən meyxanaçı Rəşad Dağlı ailəsi ilə görüşüb.

OLAY yazır ki, bu barədə onun oğlu Yusifə aid olan instaqram hesabından paylaşım edilib.

Profildə Dağlının qızı Betülün fotosu yerləşdirilərək, onun atasıyla görüşdüyü vurğulanıb:

“Balaca qızımız Betül atası ilə görüşdən sonra nəzarətçilərə dedi ki, nə olar, qoyun atam mənimlə evə getsin. Buraxın atamı, nə olar?! Bu sözləri ilə bizi də ağlatdı”.

Qeyd edək ki, Rəşad noyabrın 9-u İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə meyxanaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.