Türkiyənin fenomen aşpazı Nüsret Gökçenin Dünya Kubokundakı görüntüləri başına iş açıb.
OLAY yazır ki, “U.S . Open Cup” sosial şəbəkədə paylaşım edərək, onun bu davranışının futbolçuları narahat etməsi səbəbilə Gökçenin finala qatılmasını qadağan edib.
Qeyd edək ki, Nüsret Dünya Çempionatında Lionel Messi və kubokla foto çəkdirmək istəyiylə gündəmə gəlmişdi. Yayılan görüntülərdə isə Messinin onunla foto çəkdirmək istəmədiyi əks olunmuşdu.