Fotosessiya
Fotosessiya

Messinin şəkli olan pul çıxarılır

Messinin şəkli olan pul çıxarılır

Argentina ulduz futbolçusu Lionel Messinin Dünya Kubokundakı qələbəsindən sonra üzərində onun şəkli olan pul istehsal etməyi düşünür.

OLAY yazır ki, maliyyə idarəetmə orqanının rəsmiləri öz ölkələrinin Qətərdə keçirilən çempionatdakı tarixi qalibiyyətini qeyd etmək üçün bu variantı nəzərdən keçirir.

Messinin şəklinin 1000 pesoya tətbiq ediləcəyi ehtimal olunur. Bu, əskinasın nominalının futbolçunun köynək nömrəsinin “10” ilə başlamasıyla əlaqəlidir. Arxa tərəfdə isə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısının qoyulması planlaşdırılır.