Xalq artisti Mehriban Zəki kinoteatrları tənqid edib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
“Dekabrın 29-dan kinoteatrların ekranlarına yeni film gəlir. “Pisdir, yaxşıdır, bərbaddır ya əladır baxandan sonra deyə bilərəm. Amma harada? Bu səhər efirdə izlədiklərimdən: filmin ssenari müəllifi və prodüseri Fariz Əliyev heç bir sponsorun dəstəyi olmadan şəxsi maliyyə hesabına əziyyət çəkib kino istehsal edib. Amma filmin prokatı ilə problemlər yaşanır. Niyə? Şəhərimizdə var olan iki kinoteatr şəbəkəsi küsüşüb (“CinemaPlus” və “Park Cinema” – red.) “səndə olan, məndə olmasın” oyununu oynayır. Zərbəni alan da istehsalçı olur. Ay kinomuzun inkişafı barədə haqlı olaraq canfəşanlıq edən kinoteatrlar şəbəkələrinin rəhbərləri, bəs məsələyə münasibət bu cür olsa inkişaf olmayacaq axı.
Əvvəllər necə yaxşı idi. Hər hansı filmi istədiyimiz (mövcud olan əlbəttə ki) kinoteatrda baxırdıq. Sonra nə oldusa, oldu. Amma nə olar, o zamanları geri döndərin, tamaşaçılar da hara gedəcəkləri ilə avara qalmasın.
P.S. mən indi yalnız filmin prokatı barədə danışıram ha!”.