Bu gün müğənni Gülşenə qarşı cinayət işi üzrə ikinci məhkəmə prosesi keçirilib.
OLAY yazır ki, İstanbul 11-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan Gülşen Çolakoğlu məhkəməyə gəlməsə də, vəkilləri iştirak edib. İclasda üç şikayətçi yer alıb.
Xarici səfər qadağasının qaldırıldığını xatırladan sənətçinin vəkili girov olaraq verilən 250 min lirənin geri qaytarılmasını istəyib.
Məhkəmə təminat depozitinin qaytarılması tələbini rədd edərək, çatışmazlıqların aradan qaldırılması üçün iclası 1 mart 2023-cü il tarixinə təxirə salıb.