Fotosessiya
Fotosessiya

“Xaricə getsəm, taksi sürücüsü işləyəcəm”

“Xaricə getsəm, taksi sürücüsü işləyəcəm”

“Yaş artıq 36-dır. Xaricə çıxsam, yəqin ki, ən yaxşı variant taksi sürücüsü işləmək olacaq”. 

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında “Best model of the world” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov qeyd edib. İşsiz qalan model bildirib ki, bu, onun həyata yenidən başlaması üçündür:

“Yenidən – sıfırdan başlamaq üçün belə etməli olacam. Allah kərimdir, yaxşı ki, sizin kimi insanlar var, insan özünü tək hiss etmir”. 

Qeyd edək ki, Rüstəm ötən gün paylaşdığı statusda qazancının ancaq kirayə puluna çatdığını və 1 ildən artıqdır daimi iş axtardığını demişdi.