Sentyabr ayında nikah bağlayan müğənni Mehmet Erdem və aktrisa Vildan Atasever cütlüyü valideyn olmağa hazırlaşır.
OLAY Türkiyə KİV-nə istinadən yazır ki, onlar özləri açıqlama verməsə də, Ataseverin xəstəxanaya gedib müayinə olunduğu ortaya çıxıb.
İddia olunur ki, dörd həftəlik hamilə olan aktrisa bəd- nəzərdən qorxduğuna görə, bu xəbəri yalnız ailə üzvlərinə söyləyib.