Fotosessiya
Fotosessiya

İllər sonra “Qatil”in fotoları paylaşıldı

İllər sonra “Qatil”in fotoları paylaşıldı

İllər sonra Əməkdar artist Münəvvər Əliyeva və aktyor Hikmət Rəhimovun baş rolda oynadığı “Qatil” tamaşasından yeni fotolar paylaşılıb.

OLAY yazır ki, müəllif Nicat Əlili çəkdiyi şəkilləri sosial media hesabında yayımlayıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənt xadimi Mehriban Ələkbərzadədir.

Tamaşanın süjet xətti uzun müddətdir müəllimə işləyən bir qadının faciəli həyatı üzərində qurulub.

Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.

Qeyd edək ki, H.Rəhimov illər əvvəl qalmaqallı şəkildə “Qatil”i oynadığı AzDrama-danayrılmış, mərhum Xalq artisti Fuad Poladov da Hikmətin başına gələnləri əsas gətirərək teatrdan getmişdi.