Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə etdiklərini bildirib.
OLAY yazır ki, Rəşad Əhmədzadə yoxlamanın gedişatından narazı qaldığını vurğulayıb:
“Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik”.