Şahzadə Uilyamın xanımı Keyt Middltonun səfərə gedərkən hər zaman yanında yas paltarı apardığı məlum olub.
OLAY yazır ki, tarixçi Cessika Storoşçuk isə “Böyük Britaniya kral ailəsinin üzvləri səfər zamanı monarx və ya kral ailəsinin digər yüksək rütbəli üzvlərinin ölümü halında qara kostyumla səyahət etməlidirlər”, - deyə, düşünür.
Bu adət Kraliça 2-ci Elizabetin nadir bir səhvindən sonra yaranıb. 1952-ci ildə o, yas paltarı olmadan Keniyaya səyahət edib və atası Kral VI George qastrol səfərində olarkən ölüb. O vaxtdan bəri ailə üzvlərinin hər ehtimala qarşı baqajlarına qara paltar daxil etmələri məcburi hala gəlib.
“Atasının gözlənilməz ölümündən sonra o, dəyişmək üçün ona uyğun qara paltarın gətirilməsini təyyarədə gözləmək məcburiyyətində qalıb”, - deyə, ekspert əlavə edib.