Reper İqi Azalea belindən əməliyyat olunduğunu və bundan sonra üç həftə hərəkət edə bilmədiyini açıqlayıb.
OLAY yazır ki, onun sözlərini “Page Six” sitat gətirib. 32 yaşlı Qremmi namizədi bildirib ki, ilk üç gününü xatırlamır və yataqda keçirib.
Reperin sözlərinə görə, qastrol səfərindən sonra o, yaralanıb və bu, cərrahi müdaxiləyə səbəb olub.
Müğənni ilin sonuna kimi sağlamlığını bərpa etməyi və işə qayıtmağı planlaşdırır.