Fotosessiya
Fotosessiya

Necati “Kurtlar vadisi”nin qayıdışından danışdı

Necati “Kurtlar vadisi”nin qayıdışından danışdı

Aktyor Necati Şaşmaz uzun illər rol aldığı “Kurtlar vadisi” serialının yenidən başlaması haqda açıqlama yayıb.

OLAY yazır ki, Polad Alemdar obrazı ilə layihəyə öz möhürünü vuran sənətçi bir az ara verdiklərini, lakin yenidən davam etmək qərarı aldıqlarını söyləyib:

“Ömrümün 20 ili bu ekran işində keçdi. Dəyərli olması ilə yanaşı həm də çox yorucu işdir. Ona görə ara vermək istədik. Amma izləyici serialı yenidən izləmək istədi. Qismətsə, olacaq. İndi hazırlıq görülür. Fikrimcə, yanvar ayında başlayacağıq”.