Dünyaca məşhur italyan brendi olan “Dolce & Gabbana” Serenay Sarıkaya ilə bağlı paylaşım edib.
OLAY yazır ki, marka 29 milyonluq rəsmi instaqram hesabında aktrisanın “Elle” dərgisi üçün kamera qarşısına keçdiyi görüntünü bölüşüb.
Serenayın çəkiliş üçün geyindiyi libasın “Dolce & Gabbana”ya aid olduğu qeyd edilib.
Xatırladaq ki, Sarıkaya sözügedən jurnal üçün Parisə yollanmışdı.