“HBO” platformasında yayımlanan məşhur “Westworld” serialı daha çəkilməyəcək.
OLAY yazır ki, bu barədə “Variety” xəbər yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, layihənin ləğv edilməsinin əsas səbəbi onun üçüncü mövsümün premyerasından sonra aşağı reytinq verməsi olub.
Dördüncü sezonu 4 milyon tamaşaçı izləyib ki, bu da belə bir xərc tələb edən ekran işinin istehsalı üçün aşağı rəqəm hesab olunur. Müqayisə üçün, analitiklər bu rəqəmləri HBO-nun başqa bir hit serialı olan “Əjdaha evi”nin izləmə reytinqləri ilə müqayisə ediblər.