1997-ci il kult cizgi filmi “Hercules”in film adaptasiyası TikTok auditoriyasının rəyinə əsaslanacaq.
OLAY yazır ki, bu barədə layihənin prodüseri Co Russo “Variety”ə müsahibəsində bildirib. O deyib ki, kino TikTok tamaşaçılarının zövqünə uyğun çəkiləcək:
“Bu gün tamaşaçılar məlumatlarını TikTok-dan alırlar, elə deyilmi? Bu ekran işinin necə olacağı hər kəsin marağına səbəb olub. Gözləyin”.
Qeyd edək ki, filmin rejissoru Qay Riçidir.