“Netflix”də yayımlanan “The Crown” serialının geyim dizayneri Emi Roberts açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, Şahzadə Diananın məşhur qisas libasını yenidən yaratmaq üçün orijinal paltarın dizayneri Kristina Stamboliandan icazə istəyib.
Xatırladaq ki, 1990-cı illəri əhatə edəcək Şahzadə Çarlz və Diananın boşanmasından bəhs edən yeni sezon 9 noyabrda izləyicilər qarşısına çıxacaq.