Film / Serial
Film / Serial

Nazirliklə AzTV arasında görüş keçirildi

Nazirliklə AzTV  arasında görüş keçirildi

Azərbaycanın ilk tarixi serialı “Atabəylər: Şəmsəddin Eldəgiz”lə bağlı “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) ilə Mədəniyyət Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə OLAY-a Nazirlikdən bildirilib. 

Qeyd olunub ki, belə bir layihənin həyata keçirilməsi ideyası müsbət qiymətləndirilib.

Vurğulanıb ki, sözügedən ideyanın reallaşdırılması ilə əlaqədar konkret layihə hazırlandıqdan sonra layihənin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin bu və ya digər şəkildə iştirakı ilə bağlı konkret fikir söylənilə bilər.