Tanınmış aktyor Oktay Kaynarca növbəti dəfə "Eşkiya Dünyaya Hükümdar olmaz" serialı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, o, serialın başqa kanalda ekrana gələcəyi iddialarına aydınlıq gətirib:
“Fərqli TV-də yayımlanmayacaq. Tamamilə bitdi”.
Qeyd edək ki, 7 ildir davam edən EDHO-nun yayımlanması gözlənilsə də, yeni bölüm efirə getməyib. Serial rəhbərliyi ilə ATV arasında anlaşılmazlıq yarandığı söylənilib.