Hollivud ulduzu Ancelina Coli opera divası Mariya Kallas haqqında Pablo Larrainin bioqrafik filmində rol almağa hazırlaşır.
OLAY yazır ki, ekran işi “Mariya” adlanacaq və yunan əsilli əfsanəvi amerikalı müğənninin həyatının son günlərində baş verəcək hadisələrdən bəhs edəcək.
Bildirək ki, Maria Kallas həyatının son illərini Parisdə yaşayıb, tənha həyat sürüb.
Çəkilişlərin başlama tarixi hələ açıqlanmayıb.