Burak Deniz və Hande Erçelin yenidən bir araya gələcəyi iddia edilib.
OLAY yazır ki, “Tims&B” şirkətinin yeni il üçün hazırladığı serial bipolyar şəxslərdən bəhs edəcək. Hələ ki adı “İçimdeki yabancı” deyə, təqdim edilən layihədə baş rolları Burakla Handenin oynayacağı bildirilib. Ekran işi FOX TV-də yayımlanacaq.
Qeyd edək ki, cütlük daha öncə “Aşk laftan anlamaz” serialında birlikdə yer almışdılar.