Şəhriyar Əbilovun baş rolu olduğu “Evdə qalmış” filminin təqdimatı keçiriləcək.
OLAY yazır ki, bu barədə aktyorun özü instaqramda məlumat paylaşıb.
Şəhriyar sözügedən ekran işində Kəmalə Piriyeva ilə partnyordur.
Film yaxın günlərdə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Xatırladaq ki, Ş. Əbilov sonuncu dəfə 2020-ci ildə Oksana Rəsulova ilə birlikdə baş rollarını canlandırdığı “Sevgi romanı” filmində rol alıb.