“La case de papel”in davamı olaraq qiymətləndirilən “Berlin” serialı gələn il təqdim olunacaq.
OLAY yazır ki, bu barədə “Netflix” platforması məlumat yayıb. Eyni zamanda, xidmətin rəsmi instaqram səhifəsində layihənin tanıtım çarxı da yerləşdirilib.
Qeyd edək ki, serialın rejissorları Albert Pinto, David Barrocal və Geoffrey Cowperdir. Çəkilişlər İspaniya və Fransada aparılacaq.
Ekran işi “La case de papel”də Pedro Alonsonun canlandırdığı Berlin obrazının hekayəsindən bəhs edəcək. Ssenari qəhrəmanın dəstəyə qoşulmasından çox əvvəl baş verəcək.