Film və serial aktrisası Semra Dinçer iki ildir mübarizə apardığı ağciyər xərçənginə qalib gələ bilməyib.
OLAY yazır ki, ötən gün vəfat edən sənətçi bu gün torpağa tapşırılıb. Onun dəfninə İyi partinin rəhbəri Meral Akşener, müğənni Haluk Levent çələng göndərib.
Dəfn mərasimində isə heç bir sənətçinin olmaması “vəfasızlıq” adlandırılıb.
Qeyd edək ki, 1965-ci ildə Ankarada dünyaya gələn Semra Dinçer bir çox serial və filmdə rol alıb. O, “Kaybolan yıllar”, “Kuzey Güney”, “Geniş zamanlar”, “Kavak yelleri”, “İstanbullu gelin” və başqa ekran işlərində oynayıb.