Ötən həftə İranın paytaxtı Tehranda saxlanılan mükafatlı rejissor Cafer Penahi 2010-cu ildə 6 illik həbs cəzasının tamamını çəkməyə məhkum edilib.
OLAY yazır ki, Penahininin cəzası qüvvədə saxlanılıb. Bu barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Mesud Setayeşi məlumat verib.
Qeyd edək ki, iki aylıq həbsxanada qaldıqdan sonra azadlığa buraxılan C. Penahi 2010-cu ildə hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün saxlanılıb və sistem əleyhinə təbliğat apardığı iddiası ilə 6 il həbs cəzasına məhkum edilib.
Penahiyə film çəkmək, ssenari yazmaq, ölkədən getmək qadağan edilib.
Aytəkin Gülməmmədova