Dünyaca məşhur müğənni Riki Martin televiziya serialı ilə pərəstişkarlarının qarşısına çıxmağa hazırlaşır.
OLAY yazır ki, 50 yaşlı puerto-rikalı ifaçı “Apple TV+”un yeni ekran işi “Mrs. O, American Pie”də rol alacaq.
Layihədə Kristen Wiig, Laura Dern və Allison Janney ilə yanaşı Martin də rol alacaq. Martinin Robert adlı baş qəhrəmana həyat verəcəyi öyrənilib.
Serial 1970-ci illərin əvvəllərində insanların səthi böyüklük uğrunda mübarizəsindən bəhs edir.
Juliet McDaniel-in romanı əsasında çəkilmiş ekran işinin ssenari müəllifi və prodüseri Abe Silvia, icraçı prodüserlərdən biri olan Tate Taylor isə rejissor kürsüsündə əyləşir.